İranda bəhai məzhəbinə mənsub olan vətəndaşlara təzyiqlər çərçivəsində Sari və Şəhri-Kord şəhərlərində onlara məxsus 12 iş yerinin fəaliyyətinə qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.
Məlumatda bəhailərin dini bayram keçirdiklərinə görə hökumət tərəfindən cəzalandırıldıqları bildirilib.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İranın konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.