Tehranın İnqilab Məhkəməsi 4 bəhai vətəndaşın hər birinə qarşı 5 illik həbs cəzası barədə qərar çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə həbs edilənlərin ailələrinə yaxın mənbələr məlumat paylaşıblar.
Məlumata görə, Şadi Şəhidzadə, Mənsur Əmini, Vəliullah Qədəmiyan və Ətaullah Zəfər adlı şəxslər “ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün qanunsuz təşkilatlara üzv olmaq”da günahlandırılıblar.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda islam dininin təriqətlərindən biri olan bəhai məzhəbinə mənsub 350 mindən çox şəxs yaşasa da, ölkənin Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.