İranda başıaçıq qadınlara görə kameralar quraşdırılır

İranda başıaçıq qadınlara görə kameralar quraşdırılır

İranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır.

AzerTimes xəbər verir ki, bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb.

Polisin bəyanatında deyilir ki, başıaçıq gəzən qadınlar ilk mərhələdə bunun nəticələri barədə xəbərdarlıq məktubları alacaqlar. İranın ədliyyə orqanlarının dövlət mediası tərəfindən yayılan bəyanatında bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı vurğulanıb.

Teqlər: