Güney Azərbaycanın Əhər şəhərində hökumət məmurları və etirazçılar arasında kütləvi dava baş verib.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, işsizlikdən şikayət edən bir qrup azərbaycanlı Əhər ədliyyəsi qarşısında aksiya keçiriblər. Lakin dinc aksiya əlbəyaxa davaya çevrilib.
Məlumata görə, dava nəticəsində 21 nəfər həbs edilib, 8 nəfər yaralanıb.