İranın Mədəniyyət və İslami İrşad Nazirliyi Azərbaycanın təcrübəli yazıçısı, professor Rəhim Ağbayraqdan (Rəhim Akbayrak) kitablarının mətnindən “Azərbaycan” adının çıxarılmasını istəyib. Ancaq bu halda onun yeni kitablarının nəşrinə icazə veriləcəyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə professor Rəhim Ağbayraq özünün İnstaqram hesabında paylaşım edib.
“Nəşriyyata bildiriş göndəriblər ki, yeni nəşrlərimi çap etmək üçün kitablarımdan “Azərbaycan” sözünü çıxarmalıyam. Qulağınızın dibini görərsiniz ki, mən belə bir rəzaləti qəbul edim. Onların arqumenti odur ki, həmin tədqiqat dövründə Azərbaycan adı olmayıb. Gülməlidir, səkkiz min il əvvəl Şumer adı olub? Qədim İranın tarixi ilə bağlı minlərlə romana bənzər kitablar yazmısınız, ümumiyyətlə səkkiz min il əvvəl İran adı olub?!” – deyə o qeyd edib.