Bu gün İranda Şahid Universitetində “Azərbaycan və “sionist rejim” arasında münasibətlər və onun İranın milli təhlükəsizliyinə təsirinin araşdırılması” adlı tədbir keçiriləcək.
AzerTimes xəbər verir ki, bununla bağlı “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, tədbirdə İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin və milli təhlükəsizlik üzrə ekspert, professor Məhəmməd Sadiq Qulami, İranda antiazərbaycan materialları dərc edən “Vətən yolu” jurnalının redaktoru Davud Dəştbani qonaq qismində iştirak edəcək.