İranda Azərbaycan əleyhinə kampaniya başladı

İranda Azərbaycan əleyhinə kampaniya başladı

Xeyli müddət idi ki, İranda Azərbaycanın əleyhinə açıq və miqyaslı fəaliyyət nəzərə çarpmırdı. Bu, daha çox rəsmi Tehranın Azərbaycanla barışmaq istiqamətində atdığı addımlarla əlaqələndirilirdi.

Son baş verənlər isə bunun əksini deməyə əsas verir. İranda Azərbaycanda qarşı növbəti təxribata hazırlıq başlayıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediasında yazılıb. Belə ki, İranda Qarabağın “blokada”sına qarşı imza toplama kampaniyasına start verilib.

Sözügedən kampaniyanın “təşəbbüskarı” “Anait” jurnalının redaksiya kollegiyasının katibi Abbas İqbal Mehran olub. “Karzar.net” platforması vasitəsilə imzaların toplanmasına başlanılıb.

Teqlər: