İranda Azərbaycan dili və ədəbiyyatı barədə paylaşımlar edən və əsasən Azərbaycan dilində uşaq ədəbiyyatının təbliği ilə məşğul olan “Kəpənəklər” sosial media kanalı hakimiyyət tərəfindən bağlanıb.
AzerTimes xəbər verir ki, 13 mindən çox üzvü olan “Kəpənəklər” kanalında Azərbaycan dilində paylaşılan və mövcud olan materiallar silinərək səhifədə “Biz hamımız iranlıyıq” yazılıb.
Eyni adda fəaliyyət göstərən və yalnız uşaqlara Azərbaycan dili və mədəniyyətinin öyrədilməsi ilə məşğul olan”Kəpənəklər” qrupunun da fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, kanal və qurum qanuni şəkildə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin yerli bölməsinin icazəsi ilə fəaliyyət göstərirdi.