İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib.
Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub.
Məlumata görə, hadisə Mazandaran əyalətinin Babolsar şəhərinin Şəhrəbanu meydanı ərazisində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.