Sistan və Bəlucistan əyalətinin Səravan şəhərinin SEPAH komandirinin keçmiş müavini, polkovnik Hüseynəli Cavidanfərlə yanaşı, daha iki SEPAH üzvü öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə bəlucların “Ceyş əl-Ədl” silahlı təşkilatı məlumat yayıb.
Bildirilib ki, yanvarın 17-i axşam saatlarında Zahidan-Xaş yolunda həyata keçirilən əməliyyat nəticəsində SEPAH polkovniki Hüseynəli Cavidanfərlə yanaşı, onun iki mühafizəçisi də qətlə yetirilib.
Qeyd edək ki, bundan əvvəl İran mediası yalnız polkovnikin öldürüldüyü barədə məlumat yaymışdı.