İranda antiazərbaycan təbliğatı genişlənir

İranda antiazərbaycan təbliğatı genişlənir

İran hökumətinə, SEPAH-a və Qumdakı dini mərkəzlərə bağlı olan sosial media platformalarında antiazərbaycan təbliğatı artıb.

AzerTimes xəbər verir ki, son bir neçə gün ərzində Azərbaycana qarşı minlərlə paylaşım edilib.

Paylaşımlarda İsrail-Azərbaycan münasibətləri barədə ənənəvi tənqidi fikirlər yer alıb, Azərbaycan Respublikasında dindarlara qarşı təzyiqlərin artdığı iddia edilib.

Qumdakı dini mərkəzlərə bağlı sosial media platformalarında İran hökumətinin xeyrinə casusluq etdikləri üçün saxlanılan şəxslərin “dini əqidələrinə görə” təzyiqlərə mərzuz qaldıqları iddia olunub.

Teqlər: