Etirazların 13-cü həftəsində öldürülən nümayişçilərin sayı 485-ə çatıb.
AzerTimes xəbər verir ki, bu haqda İranda insan hüquqları fəalları qrupu məlumat yayıb.
Öldürülənlərdən 68 nəfərin uşaq və yeniyetmə olduğu bildirilir.
Hesabatda 160 şəhərdə keçirilən aksiyalarda 18 min 259 etirazçının həbs edildiyi qeyd edilir. Bu müddət ərzində 143 universitetdə keçirilən tələbə aksiyaları zamanı 620 tələbə saxlanılaraq həbsxanalara aparılıb.