2022-ci ilin sentyabrında başlayan ümumxalq etirazları İran hökumətinə qarşı ən güclü, ən təhlükəli, ən ciddi və ən geniş mübarizə olub.
AzerTimes xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami “Bəsi”c məsullarının konfransında deyib.
O, etiraz dalğasının yenidən başlayacağı ilə bağlı xəbərdarlıq edərək, hökuməti önləyici tədbirlər görməyə çağırıb.
“Ötənilki etiraz aksiyalarının ildönümündə yeni nümayişlər təşkil olunacaq. Bunun qarşısı alınmalıdır”.
Qeyd edək ki, İranda ümumxalq aksiyaları zamanı 600-ə yaxın insan öldürülüb, 20 min nəfər həbs edilib.