İranda ağır yol qəzası: 2 ölü, 59 yaralı

İranda ağır yol qəzası: 2 ölü, 59 yaralı

Tehran-Kuhdəşt sərnişin avtobusu Əraq-Burucerd yolunda aşıb.

AzerTimes xəbər verir ki, bu barədə Lorestan əyalətinin Təcili Tibbi Yardım İdarəsinin rəisi məlumat yayıb.

Məlumata görə, səhər saatlarında baş verən hadisədə 2 nəfər ölüb, 59 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzanın baş verməsinə səbəb avtobusda yaranan texniki nasazlıq olub. Belə ki, avtobusun əyləc sistemində yaralanan problem onun aşması ilə nəticələnib.

Teqlər: