İranda ad günü adəti: gənc 6 nəfəri güllələdi

İranda ad günü adəti: gənc 6 nəfəri güllələdi

İranın Kirman əyalətinin Nərmaşir şəhərində atışma baş verib.

AzerTimes xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, 16 yaşlı yeniyetmə yerli adət-ənənəyə uyğun olaraq, ad günü mərasimi zamanı tüfəngdən göyə atəş açmalı imiş. Lakin o, havaya yox, ətrafdakılara atəş açıb və nəticədə 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Nərmaşirin məhkəmə hakimiyyətinin rəhbəri Həmid Əhmədi Müqəddəmin sözlərinə görə, yeniyetmə və ad günü mərasiminin keçirildiyi məkanın sahibi haqqında həbs qətimkan tədbiri seçilib.

Müqəddəm bildirib ki, bayram və matəm mərasimlərində atəş açılması mənasız adətdir və hər dəfə acı nəticələrə gətirib çıxarır:

“Bu pis adət mədəni quruculuq əsasında aradan qaldırılmalıdır”.

Teqlər: