Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 8 120 nəfər koronavirusa (COVID 19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 846 923 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 921 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 85 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 62 308 nəfərə çatıb.
İranda indiyədək 1 585 114 nəfər koronavirusdan sağalıb. 12,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
Koronavirusa yoluxma üzrə 23 rayon qırmızı və 44 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır. Həmçinin 287 rayon sari, 94 rayon isə mavi zona hesab olunur.