İran prezidenti vəzifəsini icra edən, birinci vitse-prezidenti Məhəmməd Muxbar yaxın günlərdə ölkəni idarə etmək üçün 6 xüsusi komitə yaradıb.
AzerTimes TASS-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.