İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Məlumata görə, nəticədə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə isə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.