İranın cənubunda Hörmüzqan əyalətinin Bender Lenge rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Bender Makam kəndində olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 01:39-da qeydə alınıb.
Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib.
Tələfat və dağıntılarla bağlı məlumat yoxdur.