İranda 5,1 gücündə zəlzələ baş verdi

İranda 5,1 gücündə zəlzələ baş verdi

İranın Əfqanıstanla sərhədində yerləşən Cənubi Xorasan əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 04:07-də qeydə alınıb.

Zəlzələnin yerin 8 kilometr dərinliyində baş verdiyi qeyd edilib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Teqlər: