Xəbər - Elnur Bağışov – Trend:
İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.
Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.
Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır.