İranda 5 bala yaxın zəlzələ olub

Xəbər - Elnur Bağışov – Trend:

İranın İraqla sərhədində Kirmanşah vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Yeraltı təkanların dərinliyi 10 km olub.


Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.