İranda 49 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 1 757 nəfər koronavirusa (COVID-19)
yoluxub, 49 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 577 nəfərə,
yoluxanların sayı isə 7 188 749 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 647 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 913 934 nəfər koronavirusdan sağalıb, 49,9
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 148 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,1 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 26,5 milyon təşkil
edir.