İranda ötən sutka ərzində 312 nəfər koronavirusa (COVID-19)
yoluxub, 3 nəfər ölüb.
Trend-in
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 141 274 nəfər,
yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından
670 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 7,03 milyondan çox şəxs koronavirusdan sağalıb,
52 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 150 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,7 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 27,4 milyon təşkil
edir.