Bu gün səhər saatlarında İranın cənubundakı Kiş adasında (Hörmüzqan əyaləti) 3 ardıcıl zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” kanalı məlumat yayıb.
ABŞ Geoloji Xidməti yeraltı təkanlardan birini 5,3, digərlərinin isə 4,7 bal olduğunu bildirib.
Zəlzələ Fars körfəzi ölkələrində də hiss edilib.