İranda alimlər təxminən 2500 il əvvəl yerli əhalinin quraqlıqla mübarizə üçün istifadə etdiyi nəhəng bənd tapıblar.
AzerTimes xəbər verir ki, Həmidrza Kərəminin rəhbərlik etdiyi alimlər qrupu Əhəmənilər sülaləsi dövrünə aid (e.ə 550-330-cu illər) möcüzəli mühəndislik qurğuları olan mərkəzi kanallardan birini tapıb.
Qazıntılar kanalın öz dövrünə görə inanılmaz böyük olduğunu və iri şəhərləri su ilə təmin etməyə imkan verdiyini ortaya çıxarıb.