İranda 2 məhkum edam olundu

İranda 2 məhkum edam olundu

İranın Xorasan Rzavi əyalətində narkotik maddələrin ticarətində ittiham edilən iki məhkum edam edilib.

AzerTimes xəbər verir ki, məlumatı İran İnsan Haqları Təşkilatı yayıb.

Bildirilir ki, 31 yaşlı Məhəmməd Nəbi Süleymani və Abdullah Sufi Türbəti-Cam şəhərinin həbsxanasında edam edilən noyabrın 14-də edam edilmələrinə baxmayaraq, rəsmi məlumat verilməyib.

Digər məhbusların ictimailəşdirdiyi edam ilə bağlı İran Məhkəmə Sistemi və mediası heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrından bu ilin müvafiq dövrünə qədər ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.

Teqlər: