İranda 18 yaşlı etirazçıya edam cəzası verildi

İranda 18 yaşlı etirazçıya edam cəzası verildi

Nouşəhrdə ümumxalq etirazlar zamanı həbs olunan 18 yaşlı Arşia Tek Dəstan Sari İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Hrana” məlumat yayıb.

“Yer üzərində fəsad və müharib” ittihamı ilə barəsində edam qərarı çıxarılan gənc, üstəlik, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları bir-birini öldürməyə və döyüşməyə sövq etmək”, “rejim əleyhinə təbliğat fəaliyyəti” kimi ittihamlarla 5 il, “Rəhbəri təhqir etmək” ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrumetmə ilə də cəzalandırılıb.

Teqlər: