İranda 178 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 178 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 788 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 124 763 nəfərə,

yoluxanların sayı isə 5 833 525 nəfərə çatıb. Virus daşıyıcılarından 4 486 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə indiyədək 5 375 475 nəfər koronavirusdan sağalıb, 34,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 77,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 50 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 27,6 milyon təşkil edir.