Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 379 nəfər koronavirusdan (COVID-19) ölüb, 17 564 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 117 905 nəfərə,
yoluxanların sayı isə 5 459 796 nəfərə çatıb. Virus daşıyıcılarından 6 661 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 819 223 nəfər koronavirusdan sağalıb, 31,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 45,7 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 31,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 14,4 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 57 rayon qırmızı, 238 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 136 rayon sarı zona hesab olunur.
Twitter:@BaghishovElnur