İranda 151 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 151 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 85 694 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 664 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 355 786 nəfərə çatıb. Virus daşıyıcılarından 3 602 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 010 090 nəfər koronavirusdan sağalıb, 24,4 milyondan çox diaqnoz testi həyata keçirilib.


Ümumilikdə, İranda 6,72 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,59 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,13 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 143 rayon qırmızı və 186 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 119 rayon sarı zona hesab olunur.