İranda 15 mədəni və sinfi təşkilat 1 May Beynəlxalq Əmək Günü münasibətilə bəyanat yayıb.
AzerTimes xəbər verir ki, bəyanatda ölkədəki tətil aksiyaları dəstəklənərək, vətəndaşların kütləvi etiraz nümayişlərinə qoşulması üçün çağırış edilib.
“İranda işçi təbəqəsi rejimə qarşı başladılan aksiyaların nəticə verməsində əhəmiyyətli rol oynayır. Bu təbəqə istismarçı hakimiyyətin çökdürülməsi istiqamətindəki fəaliyyətlərdə yenə də öz sözünü deyəcək”, – bəyanatda qeyd edilib.
Təşkilatlar arasında öncəki kütləvi aksiyaların keçirilməsində mühüm rol oynayan qurumların da adı var.