16-30 aprel tarixləri arasında İran həbsxanalarında hər 5 saatda 1 məhkum edam edilib.
AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilib ki, iki həftə ərzində 63 nəfərin ölüm hökmü həyata keçirilib.
Bununla da cari ildə İranda edam edilən məhkumların ümumi sayı 171 nəfərə çatıb.