İranda 1362 nəfər xəstəxanaya yerləşdirildi

İranda 1362 nəfər xəstəxanaya yerləşdirildi

İranda qum fırtınası ilə əlaqədar 1362 nəfər xəstəxanaya yerləşdirilib.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, qum fırtınası Sistan-Bəlucistan ostanının şimalında daha güclü olub.

Qum fırtınası 1 milyona yaxın insanın yaşadığı Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nusret Abad, Haş, Saravan, İranşehr və Mehristan şəhərlərini əhatə edib.

Son 5 gündə 1362 nəfər xəstəxanaya yerləşdirilib.

Teqlər: