Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 82 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 889 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 317 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 411 731 nəfərə çatıb. Virus daşıyıcılarından 3 964 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 202 893 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 9,23 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.