İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi

İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsinin hakimi Əbülqasim Salavati 12 azərbaycanlı milli fəala ümumilikdə 88 il həbs cəzası verib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onların həbsdən sonra 2 il müddətinə ictimai və siyasi fəaliyyətlərnin qadağan edilməsi barədə qərar çıxarılıb.

“Hökumətə qarşı təbliğat”, “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq” və “casusluq”da günahlandırılaraq Bagir Hacızadə 13 il, Ayaz Seifxah 13 il, Araz Amani 13 il, Vədud Əsədi 9 il 6 ay, Əbdüləziz Əzimi Qədim 6 il, Mürtəza Pərvin 6 il, Tahir Nəqəvi 6 il, Salar Tahir Əfşar 5 il, Hüseyn Piri 5 il, Səid Minyi 5 il, Kamal Nuri 3 il və Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, adları çəkilən fəallar fevral ayının 5,6 və 7-də Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhər), Urmiya və İslamşəhərdə həbs ediliblər.

Teqlər: