Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 239 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 701 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 119 888 nəfərə,
yoluxanların sayı isə 5 559 691 nəfərə çatıb. Virus daşıyıcılarından 6 124 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 988 109 nəfər koronavirusdan sağalıb, 31,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 52,7 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 36,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 15,8 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 29 rayon qırmızı, 224 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 165 rayon sarı zona hesab olunur.
Twitter:@BaghishovElnur