Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 104 nəfər koronavirusdan (COVID-19) ölüb, 4 340 nəfər yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 128 956 nəfərə, yoluxanların sayı isə 6 077 438 nəfərə çatıb. Virus daşıyıcılarından 3 409 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 783 425 nəfər koronavirusdan sağalıb, 37,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 102 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 56,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 765 min təşkil edir.