İsrail Yaxın Şərqdə hər həftə orta hesabla İrana qarşı ən azı bir əməliyyat keçirir.
AzerTimes xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Aviv Koçavi bildirib.
Onun sözlərinə görə, ordu İranın nüvə obyektlərinə hücum əmri verildiyi təqdirdə hazır olacaq:
“İranda əməliyyata hazırlıq səviyyəsi kəskin yüksəlib. Daha çoxunu deyə bilərəm: Nüvə proqramına qarşı hərəkət etmək əmri verilən günə qədər İsrail Müdafiə Qüvvələri hazır olacaq və öz missiyasını yerinə yetirəcək”.