İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan

İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan

Ermənistanda əhalisini terror etmək, depressiyaya salmaq üçün psixoloji əməliyyatlar aparan blogerlər var və onlar iddia edirlər ki, guya İsraillə İran arasında silahlı münaqişə başlasa, Azərbaycan da Zəngəzura hücum edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri erməni ekspert Qriqor Emin-Teryan deyib.

O bildirib ki, bu iddia tamamilə cəfəngiyyatdır:

“İsraillə İran arasında quru münaqişəsi ola bilməz, çünki onların arasında bir neçə dövlət var. İsrailin isə belə bir niyyəti yoxdur. İsrail və Qərb müttəfiqləri İranın nüvə obyektlərinin dağıdılması ilə kifayətlənəcəklər. Quru toqquşmaları olmayacağından və ehtimal olunan hava hücumları hərbi hədəflərin məhv edilməsi ilə məhdudlaşacağından, İrandan Ermənistana gəlmək istəyən qaçqın axını da olmayacaq”.

Onun fikrincə, İranın nüvə obyektləri də Ermənistan üçün təhlükə yaratmır:

“Çünki sərhədimizdən kifayət qədər uzaqda yerləşir. Ona görə də ərazinin radioaktiv çirklənməsi olsa belə (İsrailin həmin obyektləri vuracağı təqdirdə – red.), bu, əhalimiz üçün təhlükə yaratmayacaq”.

Emin-Teryan iddia edib ki, betonları dəlmək üçün istifadə edilən bombaların və raketlərin güclü partlayışları isə zəlzələyə səbəb ola bilər və qonşu ölkələr bu faktı nəzərə almalıdır.

Teqlər: