Rusiya və İran vətəndaşlarına sanksiyalar tətbiq edəcəyik.
AzerTimes xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.
O qeyd edib ki, hökumət Rusiyanın 7 vətəndaşına, eləcə də İranda insan hüquqlarının pozulmasında əli olan şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etmək qərarına gəlib:
“Rusiyaya pilotsuz təyyarələrin verilməsi, İranda etirazların zorakılıqla yatırılması və insan hüquqlarının pozulması sanksiyaların tətbiq edilməsi zərurəti yaradıb”.