Kanada İranın bir sıra məmurlarını sanksiya siyahısına daxil edib.
AzerTimes xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qara siyahıya beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edən və ya İranda insan haqlarının kobud və sistemli şəkildə pozulmasını təşkil edən fəaliyyətlərdə iştirak edən 7 şəxs daxil edilib.