İrana qarşı daha sərt sanksiyalar olacaq – Ağ Ev

İrana qarşı daha sərt sanksiyalar olacaq – Ağ Ev

İranın Rusiyaya PUA-lar verməsi və hərbçilərinin Ukraynaya hücumlarda birbaşa iştirakına görə Tehrana daha sərt sanksiyalar tətbiq oluna bilər.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz İranın Rusiyanın ukraynalıları öldürmək cəhdlərini birbaşa necə dəstəklədiyini gördük. Onlar ruslara günahsız ukraynalıları öldürməkdə və mülki infrastruktura hücum etməkdə yardım ediblər”, – C.Kirbi qeyd edib.

Teqlər: