İsrailin İrana hücum planı ilə bağlı xəbərlərin yayılmasından sonra bu gün ABŞ Prezidenti Co Bayden bu məsələni müzakirə etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri adı açıqlanmayan üç amerikalı rəsmiyə istinadən yazıb.
Bildirilib ki, Benyamin Netanyahu Co Baydenə İrana hücum qərarı ilə bağlı məlumat verəcək, eləcə də hücumun İrana təsirini şərh edəcək.
Mənbələrin məlumatına görə, ABŞ İsrailin reaksiyasının məhdudiyyətlərini müəyyən etmək istəyir. Onlar bildirib ki, Vaşinqton İsrailin hücumunun mühüm və təsirli hədəfləri ehtiva etdiyinə əmin olmaq istəyir, ancaq həddindən artıq gərginlikdən yayınır.