İrana gedən “Henrix Həsənov” yük gəmisi Volqa-Xəzər kanalında quruya oturub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsi məlumat yayıb.
Oktyabrın 9-da İranın Əmirabad limanına gedən “Henrix Həsənov” yük gəmisi Volqa-Xəzər kanalının 150,4 km-də quruya oturub. Nəticədə kanalda gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, 14 nəfər heyəti olan gəmiyə heç bir ziyan dəyməyib, yanacağın dağılması baş verməyib və xəsarət alan olmayıb.
Gəmi daha sonra hərəkətini davam etdirib.