

Rusiya İranın maraqlarına ən çox təhlükə törədən ölkədir.
AzerTimes xəbər verir ki, bunu İran parlamentinin Çabahrdan olan nümayəndəsi Moyinəddin Səidi yerli mediaya müsahibəsində deyib.
“Xəzərdə ciddi problemlərlə üzləşirik. Rusiyanın bənd tikintisi layihələrini nəzərə alsaq, əminliklə deyə bilərəm ki, heç bir ölkə bizim milli maraqlarımızı Rusiya qədər təhlükə altına salmayıb”, – millət vəkili qeyd edib.