İrana ciddi məhdudiyyətlər qoyacağıq – Kirbi

İrana ciddi məhdudiyyətlər qoyacağıq – Kirbi

ABŞ İranın məhbus mübadiləsi müqaviləsi çərçivəsində aldığı puldan hərbi məqsədlər üçün istifadə etməsinə icazə verməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi deyib.

“İranın bu pulla nələr edə biləcəyinə dair ciddi məhdudiyyətlər qoyulacaq və Maliyyə Nazirliyi tərəfindən ciddi nəzarət prosesi olacaq. Yekunda pulların hara və nəyə sərf edildiyini aydın görəcəyik”, – Kirbi bildirib.
Xatırladaq ki, İran və ABŞ məhbus mübadiləsi və İranın neft gəlirlərinin təxminən 6 milyard dollarının dondurulmaması haqqında razılığa gəliblər.

Teqlər: