İrana birbaşa zərbə endirilməlidir – Bolton

İrana birbaşa zərbə endirilməlidir – Bolton

ABŞ İraq və Suriyadakı iranyönlü qüvvələrə hücumdan sonra İrana birbaşa zərbə endirməlidir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib.

“Mən demirəm ki, bu ilk hücum rejim üçün təhlükə yaratmalıdır. İranın daxilində çoxlu hədəflər, Qüds qüvvələrinin bazaları, hava hücumundan müdafiə sistemləri və başqaları var. Onları məhv etmək yaxşı fikirdir və bu bir mesajdır”, – C.Bolton vurğulayıb.

Qeyd edək ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların 28 yanvarda İordaniyadakı hərbi bazasına hücum nəticəsində 3 əsgərinin ölümü, 34-nün yaralanmasına cavabdır.

Teqlər: