İrana bağlı qüvvələrin sursat anbarında partlayış oldu

İrana bağlı qüvvələrin sursat anbarında partlayış oldu

İraqda fəaliyyət göstərən İrana bağlı Həşd əş-Şabi silahlı qruplaşmasının silah və sursat anbarında partlayış olub.

AzerTimes xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.

Partlayışın iyulun 18-i gecə saatlarında Həşd əş-Şabinin 42-ci briqadasının bazasında meydana gəldiyi bildirilib.

Silahlı qruplaşma partlayış barədə məlumatı təsdiqləsə də, insan itkisi haqda açıqlama verməyib.

Teqlər: