İran zəhərlənməyə görə məktəbliləri həbs etdi

İran zəhərlənməyə görə məktəbliləri həbs etdi

İran məktəblərində qızların zəhərlənməsi ilə bağlı Şiraz şəhərində 3 məktəbli həbs edilərək Adilabad həbsxanasına aparılıb.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, saxlanılanlar 16 yaşlı Setayeş Daruğə, 17 yaşlı Setayeş Əmiri və 19 yaşlı Ürfanə Hünərdir. Onların ailələri ilə görüşünə və telefon danışığına qadağa qoyulub.

Qeyd edək ki, bir neçə gün əvvəl İran daxili işlər nazirinin müavini Məcid Mirəhmədi zəhərlənmələrlə bağlı açıqlamasında hadisənin nadinc və dələduz şagirdlər tərəfindən törədildiyini iddia etmişdi.

Teqlər: